Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Məsud Pezeşkiyana ünvanladığı təbrik məktubunda bildirib: “Ölkənizdə keçirilən seçkilər nəticəsində İran İslami prezidentliyinin 14-cü dövrünün prezidenti seçilməyiniz münasibətilə sizi özüm və Türkiyə xalqı adından səmimi qəlbdən təbrik edir, bu böyük məsuliyyətdə uğurlar arzulayıram.”
“Ümid edirəm ki, seçkilərin nəticələri dost və qardaş İran xalqı üçün xeyir və bərəkət mənbəyi olacaqdır” - deyə, Ərdoğan əlavə edib.
Türkiyə Prezidenti İranın seçilmiş Prezidenti Məsud Pezeşkiyanı 14-cü prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib, səlahiyyət müddətində İran və Türkiyə arasında əməkdaşlığın hər zamankindən daha çox möhkəmlənəcəyini bəyan edib.
Sizin rəyiniz