10 iyul 2024 at 10:28
Jurnalist kodu: 5564
Xəbər kodu: 85535162
T T
0 Persons
İraqın İslami müqavimət hərəkatı PUA ilə sionist rejimin elektrik stansiyasına hücum edib

Tehran - İRNA - İraqın İslami müqaviməti Qəzza zolağı xalqına dəstək məqsədilə çərşənbə günü səhər saatlarında sionist rejimin elektrik stansiyasını hədəfə alıb.

İRNA-nın bu müqavimət qrupunun hərb mediasına istinadən verdiyi məlumata görə, bu əməliyyatda işğal altındakı Fələstin torpaqlarında yerləşən Qaysariyada yerləşən “Rabin” elektrik stansiyası PUA hücumuna məruz qalıb. 

Bu elektrik stansiyasının tərəfindən PUA hücumuna məruz qalması ilk dəfə deyil. Rabin Elektrik Stansiyası bu il iyunun 8-də də İraqın müqavimət qüvvələri tərəfindən PUA hücumuna məruz qalıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .