17 iyul 2024 at 20:52
Jurnalist kodu: 5561
Xəbər kodu: 85541661
T T
0 Persons
Pezeşkiyan şəhid Rəisi hökumətində əldə olunan razılaşmaların həyata keçirilməsi üçün Özbəkistanla əməkdaşlığı vurğulayıb

Tehran - İRNA - İranın yeni seçilmiş Prezidenti Özbəkistan Prezidenti ilə telefon danışığında deyib: “Şəhid Rəisinin Prezidentliyi dövründə İran və Özbəkistan arasında bir çox müqavilələr imzalanıb ki, bu müqavilələr mütləq yeni hökumətdə tam şəkildə həyata keçiriləcək.”

İRNA-nın hökumət sahəsi üzrə bölməsinin verdiyi xəbərə görə, çərşənbə günü, iyulun 17-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin İranın yeni seçilmiş Prezidenti doktor Məsud Pezeşkiyanla telefon danışığı olub.

Telefon danışığında Pezeşkiyan Özbəkistanın yüksək vəzifəli şəxslərinin təbrik zəngləri və məktublarını yüksək qiymətləndirib, İran İslam Respublikasının xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişaf etdirilməsinin prioritetinə toxunub və Özbəkistanla dostluq əlaqələrinin inkişafını vacib adlandıraraq deyib: “Şəhid Rəisinin Prezidentliyi dövründə İran və Özbəkistan arasında bir çox müqavilələr imzalanıb ki, yeni hökumət bu müqavilələrin tam şəkildə həyata keçirilməsi üçün hərtərəfli əməkdaşlıq edəcək.”

Doktor Pezeşkiyan vurğulayıb: “Biz iki ölkə arasında ticari, iqtisadi və mədəni əməkdaşlığı daha da inkişaf etdirmək əzmindəyik, həmçinin Şimal-Cənub dəhlizi vasitəsilə Özbəkistanın digər ölkələrlə ticarət əlaqələrini asanlaşdırmağa tam hazırıq.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .