20 iyul 2024 at 20:12
Jurnalist kodu: 5561
Xəbər kodu: 85543865
T T
0 Persons
Seyid Nəsrullahın vədi gerçəkləşdi; iki qəsəbə ilk dəfə Hizbullahın hücumlarının hədəfində

“Əl-Məyadin” sionist rejim KİV-lərinə istinadən Əl-Cəlil və Qolanda bir neçə partlayışın baş verdiyini və sionist rejim mövqelərinə 55 raket atıldığını xəbər verib.

Sionist rejim mediasının məlumatına görə, Natua, Zariyət, Şomra, Kfar Blum, Beyt Hillel, Amir, Kiryat Şemunə və Sədə Nahemiya raket hücumlarına məruz qalıb.

Əl-Qəcərdə və Əl-Cəlilin Şəar Yeşov məntəqəsində pilotsuz təyyarənin xəbərdarlıq sirenası səslənib, Dan və Dəfna qəsəbələri ilk dəfə Hizbullahın hücumlarının şahidi olub.

Hizbullah da verdiyi açıqlamada, Dəfna qəsəbəsinə onlarla katyuşa raketi atıldığını və bu bölgələrə ilk dəfə hücum olunduğunu bildirib.

Sionist rejimin bəzi qəsəbələri ilk dəfə olaraq Hizbullah tərəfindən hədəfə alınıb. Seyid Həsən Nəsrullahın bundan əvvəl bu vədi vermişdi. İndi bu qəsəbədə məskunlaşmış sionist mühacirlər müharibəni və hücumları dadıblar.

0 Persons

Sizin rəyiniz

You are replying to: .