Ümumdünya fizika yarışının bu mərhələsi İsfahan Texnologiya Universitetinin Şeyx Bəhai zalında açılış mərasimi ilə başlayıb və bu il iyulun 28-dək davam edir.
Bu il İran ikinci dəfədir ki, Ümumdünya Fizika Olimpiadasına ev sahibliyi edir və bundan əvvəl ölkədə bu tədbir 2007-ci ildə İsfahanda keçirilib.
54-cü Ümumdünya Fizika Olimpiadasında İsfahan 9 gün müddətində bu yarışda iştirak edən şagirdlərə ev sahibliyi edəcək və komandaların bu şəhərə gəlişi iyulun 21-dən başlayıb.
Bu tədbirdə təxminən 150 nəfər şagird komandaları kimi iştirak edir və 2 ölkənin, Oman və Mərakeş komandaları bu proqramda müşahidəçi qismində və olimpiada ilə tanış olmaq məqsədi ilə iştirak ediblər.
Bu olimpiadada iştirak edən ölkələr arasında İran, Rusiya, Çin, Kuba, Səudiyyə Ərəbistanı, Tayvan, Rumıniya, Türkiyə, Meksika, Gürcüstan, Bolqarıstan, İndoneziya, Qırğızıstan, Xorvatiya, Kolumbiya, Belarus, Küveyt və Vyetnam var.
Sizin rəyiniz