Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu X sosial şəbəkəsindəki hesabında Qəzzada az çəkili uşaqların dünyaya gəlməsinin getdikcə artdığını vurğuladı.
Bu baxımdan Qəzza zolağında minlərlə uşaq mühasirə, müharibə və sionist rejimin humanitar yardım və tibbi ləvazimatların idxalına əngəl törətməsi səbəbindən qida və qida əlavələrinin çatışmazlığından əziyyət çəkir.
Fələstin Administrasiyasının Qəzza zolağındakı media ofisinin bazar günü dərc olunan statistikası göstərir ki, qıtlıq və aclıq nəticəsində 34 uşaq həlak olub, 3500 uşaq isə qida və qida əlavələrinin çatışmazlığı səbəbindən ölüm riski ilə üzləşib.
Sizin rəyiniz