İRNA-nın məlumatına görə, bir qrup tələbə və tələbə təşkilatlarının fəalları sionist rejimin son cinayətlərinə və beynəlxalq yarışların keçirilməsində məsul şəxslərin və orqanlarının bu cinayətlərə etinasız yanaşmasına etiraz olaraq BMT-nin Məşhəddəki nümayəndəliyi qarşısına toplaşıblar və bəyanatla çıxış edərək, Fələstin xalqına dəstək olduqlarını vurğulayıblar.
Etiraz aksiyasında iştirak edən tələbələrdən biri İRNA müxbirinə deyib: “Olimpiya Oyunlarının nizamnaməsində bu yarışların məqsədlərindən biri də tanınmış insan hüquqlarına əsaslanan həyat yolu yaratmaq olduğu bildirildiyi halda, yarışlarda sionist rejim idmançılarının iştirakı ilə bunun ziddinə əməl edilib.”
Ehsan Nasiryan müsahibəsinin davamında deyib: “İsrail fələstinlilərin hüquqlarını heç bir nəticə vermədən pozub və heç bir beynəlxalq təşkilat buna qəti reaksiya verməyib.”
Bəzi insanların idman dünyasının siyasətdən ayrı olduğunu bildirdiyinə toxunan tələbə deyib: “Təxminən 2 il əvvəl Avropa İttifaqı Ukraynaya qarşı müharibəyə görə Rusiya klub komandalarına sanksiya tətbiq etdi, lakin indi siyasətlər sionist rejimin Qəzzədəki cinayətləri ilə müqayisədə fərqlidir.”
Əllərində “idman cinayət yeri deyil”, “soyqırımçılara idmanda yer yoxdur”, “soyqırıma biganə beynəlxalq qurumlar mühakimə olunmalıdır” kimi sözlər yazılmış plakatlar tutan tələbələr sionist rejimin cinayətlərinə qarşı şüarlar səsləndiriblər.
Bir qrup tələbə BMT-nin Məşhəddəki ofisinin qarşısına toplaşıb - Video
26 iyul 2024 at 21:44
Xəbər kodu:
85549583
Məşhəd - İRNA - Bir qrup Məşhəd tələbəsi cümə günü günortadan sonra BMT-nin Məşhəddəki ofisinin qarşısına toplaşaraq sionist rejimin idman təmsilçilərinin Paris Olimpiya Oyunları-2024-də iştirakına etiraz ediblər.
Sizin rəyiniz