30 iyul 2024 at 12:56
Jurnalist kodu: 5564
Xəbər kodu: 85553120
T T
0 Persons
İran Cənubi Afrikanın sionistlərin cinayətlərinin beynəlxalq mühakimə olunmasındakı rolunu yüksək qiymətləndirir

Tehran - İRNA - İran İslam Respublikası Xarici İşlər naziri vəzifəsini icra edən Cənubi Afrika Respublikasının Xarici İşlər Naziri ilə görüşdə Cənubi Afrikanın beynəlxalq hüquq və məhkəmə dairələrində sionist rejimin cinayətlərini pisləməkdə xüsusi səylərini yüksək qiymətləndirib.

Əli Baqiri Kəni ölkəmizin yeni Prezidentinin andiçmə mərasimində iştirak etmək üçün Tehrana səfər edən Cənubi Afrika Respublikasının Xarici İşlər naziri Ronald Lamola ilə iki ölkə arasında əlaqələrin inkişafı və genişləndirilməsinin davam etdirilməsi ilə bağlı müzakirələr və məsləhətləşmələr aparıb.

Xarici İşlər naziri vəzifəsini icraçısı çoxtərəflilik mexanizmlərindən istifadə edərək birtərəfli yanaşmalarla, habelə insan haqları, terrorizm və nüvə silahlarının yayılmaması kimi məsələlərdən sui-istifadə edərək, başda Amerika olmaqla bəzi qərb ölkələrinin müstəqil dövlətlərə qarşı qeyri-qanuni məhdudiyyətlər tətbiq etməsi ilə mübarizə aparmaq üçün iki ölkə arasında beynəlxalq siyasi və hüquqi sahədə əməkdaşlığın yaxşı imkanlarını vurğulayıb.

Cənubi Afrikanın Xarici İşlər naziri Donald Lamola da onun ölkəsinin iki ölkə arasında, xüsusilə iqtisadi və ticarət sahələrində əlaqələrin inkişafı və genişləndirilməsi, mədəni və ictimai əlaqə və əməkdaşlığın möhkəmləndirilməsinin izlənməsi prosesini, həmçinin, Haaqa Beynəlxalq Məhkəməsi və Beynəlxalq Cinayət Məhkəməsi çərçivəsində beynəlxalq qarşılıqlı əlaqələrin və əməkdaşlığın inkişafı, eləcə də Qəzzədə soyqırımla mübarizədə məsləhətləşmələrin və ortaq mövqelərin gücləndirilməsini vurğulayıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .