Bu gün çərşənbə axşamı (30 iyul) İslami Şura Məclisində İran İslam Respublikası Prezidentinin 14-cü andiçmə mərasimi keçirildi.
İslami Şura Məclisində keçirilən bu mərasimdə Məhkəmə Sisteminin sədri, Məsləhət Şurasının sədri, hökumət və hərbi rəsmilər, bir sıra səfirlər, prezident, xarici işlər naziri, parlamentin sədri, parlament sədrinin müavini, deputat və dəvət olunan ölkələrin xüsusi təmsilçilərdən ibarət xarici qonaqlar iştirak edirlər.
İslam Şura Məclisinin sədri Məhəmməd Baqir Qalibaf və Məhkəmə Sisteminin sədri höccətül-islam Qulamhüseyn Ejeyinin qonaqları salamlama çıxışından sonra Prezidentin andiçmə mərasimi başladı, Doktor Məsud Pezeşkiyan Məclisdə çıxış kürsüsündə dayandı, Konstitusiyanın 121-ci maddəsinə əsasən, üzərinə götürdüyü vəzifələrin icrasında bütün istedad və səriştəsini sərf edəcəyinə and içdi.
Sizin rəyiniz