Məsud Pezeşkiyan bu gün (çərşənbə) günortadan sonra İranın 14-cü prezidentliyinin andiçmə mərasimində iştirak etmək üçün nümayəndə heyətinin müşayiəti ilə Tehrana səfər edən Braziliyanın Vitse-prezidenti Juraldo Elkamin ilə görüşündə İran İslam Respublikasının Braziliya ilə əlaqələrin gücləndirilməsinə böyük əhəmiyyət verdiyini bildirərək, braziliyalı iqtisadi fəalları İrana səfərə dəvət edib.
Prezident bu görüşdə HƏMAS-ın Siyasi Ofisinin rəhbəri şəhid İsmayıl Həniyyənin terror edilməsi ilə bağlı cinayət əməlini sionist rejimin vəhşiliyinin və beynəlxalq qanunlara və müqavilələrə əməl etmədiyinin digər bir sübutu adlandıraraq deyib: “Sionist cinayətkar rejim Qəzzədə qadın və uşaqları qətlə yetirir, məktəb və xəstəxanaları bombalayır. Amma təəssüf doğuran budur ki, insan haqları iddiaçıları bu rejimi dəstəkləyirlər.”
Bu görüşdə Braziliyanın Vitse-prezidenti Juraldo Elkamin də doktor Pezeşkiyanın İran xalqının Prezidenti seçilməsi münasibətilə bir daha təbrik edib, ölkəsinin İranla əlaqələrin möhkəmləndirilməsində və genişləndirilməsində maraqlı olduğunu vurğulayaraq, ölkəsinin İran və Braziliya arasında ikitərəfli əməkdaşlığı genişləndirməyə hazır olduğunu vurğulayıb, Braziliya Prezidenti Lula da Silvanın gələn il bu ölkədə keçiriləcək BRİKS sammitində doktor Pezeşkiyanın iştirakına rəsmi dəvətnaməsini Prezidentə təqdim edib.
Juraldo Elkamin həmçinin İsmayıl Həniyyənin terror edilməsi və Qəzzə zolağında fələstinli qadın və uşaqların öldürülməsi kimi cinayət əməlini pisləyib, Braziliya hökuməti və xalqının Fələstin xalqı ilə həmrəy olduğunu vurğulayıb.
Pezeşkiyan: İnsan haqları iddiaçılarının sionist rejimin cinayətlərinə verdiyi dəstək təəssüf doğurur
31 iyul 2024 at 18:12
Xəbər kodu:
85554792
Tehran - İRNA - Prezident sionist rejimin cinayət əməllərini sadalayaraq, insan haqları iddiaçılarının bu hərəkətlərə dəstək verməsini təəssüfləndirici hesab edib.
Sizin rəyiniz