2 avqust 2024 at 10:43
Jurnalist kodu: 5564
Xəbər kodu: 85556000
T T
0 Persons
HƏMAS və İslami Cihad: Xain terrorlar müqavimətin gücünü zəiflətməyəcək

Tehran - İRNA - Fələstinin HƏMAS və İslami Cihad hərəkatları birgə bəyanatda bildiriblər ki, müqavimət liderlərinin xaincəsinə terror edilmələri müqavimətin gücünü zəiflətməyəcək.

HƏMAS və İslami Cihadın birgə bəyanatında bildirilib ki, müqavimət liderlərinin, o cümlədən İsmayıl Haniyə və Fuad Şükürün xaincəsinə terror edilməsi müqavimətin gücünü zəiflətməyəcək.

Bu bəyanatda əlavə olunur: Müqavimət işğala qarşı durmaq üçün qanuni bir haqqdır və xalqımız azadlığa çıxana və geri qayıtmaq üçün bütün hüquqlarını alana qədər bu haqq qalacaqdır.

Bəyanatda deyilib: İordan çayının qərb sahili və işğal olunmuş ərazilərdəki xalqımızdan müqaviməti gücləndirmələrini və işğalçıların layihələrinin qarşısını almasını xahiş edirik.

0 Persons

Sizin rəyiniz

You are replying to: .