2 avqust 2024 at 15:21
Jurnalist kodu: 5564
Xəbər kodu: 85556213
T T
0 Persons
Türkiyə, Yəmən, İndoneziya və Fələstin xalqı İsmayıl Həniyyə üçün namaz qıldı

Tehran - İRNA - Türkiyə və Yəməndən olan minlərlə insan cümə günü bu iki ölkənin müxtəlif bölgələrində çərşənbə günü Tehranda sionist rejim tərəfindən terror edilən HƏMAS-ın Siyasi Ofisinin rəhbəri İsmayıl Həniyyə üçün namaz qılıb.

Türkiyədə minlərlə insan bu gün cümə namazı ilə eyni vaxtda HƏMAS-ın Siyasi Ofisinin rəhbəri şəhid İsmayıl Həniyyənin ruhuna namaz qılıb.

Həmçinin, Yəmən mediası ölkənin müxtəlif yerlərində şəhid İsmayıl Həniyyənin ruhuna namaz qılınmasını xəbər verərək əlavə edib: “Minlərlə yəmənli bu gün Sənada kütləvi nümayişlər keçirərək şəhid İsmayıl Həniyyənin terror edilməsini pislədi və bu şəhidin ruhuna namaz qıldı.”

“Fələstin Post” xəbər agentliyi də minlərlə indoneziyalının şəhid İsmayıl Həniyyənin ruhuna namaz qıldığını bildirərək, əlavə edib ki, minlərlə indoneziyalı bu ölkənin paytaxtı Cakarta məscidinə gələrək şəhid İsmayıl Həniyyənin ruhuna namaz qıldı.

Fələstin mətbuatı həmçinin bildirib ki, fələstinlilər Fələstinin müxtəlif bölgələrində, o cümlədən Qəzzə, İordan çayının qərb sahili və Qüdsdə cümə namazı ilə eyni vaxtda şəhid İsmayıl Həniyyənin ruhuna namaz qıldılar.

Namazdan sonra iştirakçılar şəhid İsmayıl Həniyyənin sionist rejim tərəfindən terror edilməsini pisləyiblər və İslam dünyasını bu cinayətə cavab verməyə çağırıblar.

0 Persons

Sizin rəyiniz

You are replying to: .