6 avqust 2024 at 13:38
Jurnalist kodu: 5564
Xəbər kodu: 85560294
T T
0 Persons

Ərdoğan: Türkiyə CAR-ın İsrailə qarşı şikayətinə qoşulur

6 avqust 2024 at 13:38
Xəbər kodu: 85560294
Ərdoğan: Türkiyə CAR-ın İsrailə qarşı şikayətinə qoşulur

Tehran - İRNA - Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamasında bildirib ki, ölkəsi Cənubi Afrika Respublikasının Beynəlxalq Ədalət Məhkəməsində sionist rejimə qarşı şikayətinə qoşulur.

Ərdoğan əlavə edib: Türkiyə parlamentinin hüquq qrupu Fələstin xalqına qarşı soyqırımına son qoymaq məqsədilə Cənubi Afrika Respublikasının Beynəlxalq Ədalət Məhkəməsində sionist rejim əleyhinə şikayətinə qoşulur və Türkiyə avqustun 7-də (çərşənbə günü) şikayətini bu məhkəməyə təqdim edəcək. 

Türkiyə prezidenti deyib: Təəssüflər olsun ki, Qərb aktyorları, xüsusən də ABŞ İsrailin və bir ovuc sionistin əsirinə çevriliblər. 

O əlavə edib: Türkiyə İsrailin (rejiminin) Qəzza zolağındakı barbarlığını dayandırmaq üçün bütün səylərini sərf edəcək. 

Türkiyə prezidenti vurğulayıb: İsrailin (rejiminin) soyqırım şəbəkəsi qaniçəndir və hansı cinayətləri törətsə də, Türkiyə və türk xalqının fələstinlilərlə həmrəyliyinə mane olmayacaq. 

Ərdoğan daha əvvəl sionist rejimin Qəzzəyə hücumları ilə bağlı demişdi: BMT Təhlükəsizlik Şurası normal olaraq bəşəriyyəti oyandırmalı olan bu zülm qarşısında susur.

Sizin rəyiniz

You are replying to: .