Amerikanın bu analitik mərkəzi Rusiya Milli Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Tehrana səfəri və ölkəmizin yüksək vəzifəli şəxsləri ilə görüşünün təhlilində yazıb ki, bu səfər avqustun 5-də İranın İsrailə hücumu ilə bağlı narahatlıqların artdığı bir vaxtda baş tutub.
Bu təhlilə görə, Rusiya Prezidenti Vladimir Putinin ən yaxın adamlarından biri kimi tanınan Şoyqu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışan İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək səviyyəli komandiri admiral Əli Əkbər Əhmədiyan ilə görüşüb.
O, İranın yeni Prezidenti Məsud Pezeşkiyanla da müzakirə aparıb.
Demokratiyaları Müdafiə Fondu narahatlıq bildirdiyi təhlilində yazıb: “Şoyqu Pezeşkiyanın andiçmə mərasimi üçün İran paytaxtına səfər etmiş HƏMAS-ın siyasi lideri İsmayıl Həniyyənin terror edilməsindən bir həftə keçməmiş Tehrana gəlib. Rusiyanın Həniyyənin terror edilməsini qətiyyətlə pisləməsi ilə eyni vaxtda İran Prezidenti də Rusiyanı dəyərli strateji müttəfiq kimi xarakterizə edib.”
Bu təhlilə görə, ABŞ belə mühüm səfərdən narazıdır, hətta ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller də Şoyqunun İrana hazırkı səfərinə məyus reaksiya verib. O, bəyan edib ki, Vaşinqton Moskvanın regional gərginliyin azaldılmasında rol oynayacağını gözləmir.
Sizin rəyiniz