İslam Əməkdaşlıq Təşkilatı İcraiyyə Komitəsinin Ciddədə keçirilən iclası çərçivəsində Somalinin xarici işlər naziri Əhməd Muallim Fəqi İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri ilə görüşüb.
Bu görüşdə Əli Baqiri Somali hökumətinin iki ölkə arasında münasibətlərin bərpası üçün hazırlıqların görülməsi təşəbbüsünü alqışlayıb və vurğulayıb: Hesab edirik ki, İslam ölkələri ortaq maraqlar və məsləhətlər və İslam dünyasının düşmənləri ilə mübarizə apamaq çərçivəsində münasibətlərini gücləndirməlidirlər və bizim Afrika ölkələri ilə əlaqələrin inkişafı və genişləndirilməsinə heç bir məhdudiyyətimiz yoxdur.
Sizin rəyiniz