Əli Baqiri Kəni şənbə, 10 avqust axşam saatlarında X sosial şəbəkəsində yazıb: "Fələstin torpaqlarını işğal etmiş cinayətkar dəstənin qaçqınların sığınacaği kimi istifadə etdikləri məktəbə hücum etməsi və sübh namazı qılmağa məşğul olan günahsiz insanları, uşaqları qətliam etməsi sionist rejimin fələstinliləri soyqırım etmək niyyətinin olmasında hec bir şubhə yeri qoymur."
Baqiri əlavə edib: "Dünya ictimaiyyətinin sionist cinayətkar rejim adlı mütləq şər qarşısında susqunluğu şərrin genişlənməsini alqışlamaq və insan mədəniyyəti adı ilə tanıdığımız norma və dəyərlərə qarşı çıxmaqdır."
Baqiri qeyd edib ki, başda İslam ölkələri olmaqla bütün dövlətlər fələstinlilərə qarşı qırğın və soyqırımı dayandırmaq üçün ortaq əxlaqi və hüquqi məsuliyyət daşıyırlar.
Sizin rəyiniz