İslami Şura Məclisinin sədri Məhəmməd Baqir Qalibaf dünya parlamentlərinin sədrlərinə ünvanladığı müraciətində vurğulayıb ki, BMT-nin Təhlükəsizlik Şurası Qəzzədə ABŞ və bəzi Qərb ölkələrinin birbaşa və hərtərəfli dəstəyi ilə həyata keçirilən sionist rejimin cinayətlərinin dayandırılması üçün ciddi və təcili tədbirlər görməyə borcludur.
Müraciətin bir hissəsi belədir: “Beynəlxalq ictimaiyyətin sionist rejimin davam edən cinayətləri qarşısında susmasının nəticələrindən biri də budur ki, bu qondarma rejim nəinki öz çirkin əməllərini davam etdirmək üçün heç bir sərhəd tanımır, əksinə, faktları saxtalaşdırmaqla və bəzi güclərin dəstək çətiri ilə Qəzzədə cinayəti və hədəflənmiş soyqırımı normallaşdırmağa çalışır.”
Sizin rəyiniz