Nasir Kənani virtual məkanda şəxsi hesabında paylaşdığı mesajda deyib: Sionist rejim 10 ay ərzində Qəzza zolağında 40 min günahsız Fələstin vətəndaşını, o cümlədən 15 minə yaxınını uşağı öldürüb, 100 mindən çox insanı yaralayıb minlərlə insan dağıntılar altında qalıb və itkin düşüb, sonra Amerika hakimiyyəti həyasızcasına fələstinliləri və onun müqavimət qruplarını “terrorçu” adlandırır və Amerika hökuməti İsraili “terrorçulara” qarşı müdafiə etməyə sadiq olduğunu deyir!
Diplomatik xidmətin sözçüsü Amerika hökumətinin fələstinlilərin soyqırımına absurd və yanlış məntiqlə maliyyə, silah və siyasi dəstək verdiyini bəyan edib: Sionist rejim Qərbin, xüsusən də ABŞ hökumətinin tam dəstəyi ilə bir neçə onilliklər ərzində Fələstin xalqının əsas, təbii və insan haqlarının kobud və sistematik şəkildə pozan və “insanlığa qarşı cinayətlər”lə məşğul olan “irqçi terrorçu rejim”dir.
Kənani qeyd etdi: Bu, Amerika hökuməti üçün təkcə daimi və silinməz bir rüsvayçılıq deyil, həm də qanuni addımlar atmaq səbəbinə malik beynəlxalq məsuliyyətdir!
Sizin rəyiniz