15 avqust 2024 at 15:28
Jurnalist kodu: 5561
Xəbər kodu: 85569209
T T
0 Persons
BMT-nin insan haqları məruzəçilərinin müqavimət komandirlərinin terror edilməsini pisləyən bəyanatı

Tehran - İRNA - HƏMAS-ın siyasi ofisinin mərhum rəhbəri şəhid İsmayıl Haniyənin terror edilməsindən sonra BMT-nin bir sıra insan haqları üzrə xüsusi məruzəçiləri kollektiv bəyanat yayaraq bu hadisəni pisləyiblər.

İnsan haqları üzrə 12 xüsusi məruzəçinin imzaladığı bu bəyanatda Yaxın Şərqdə zorakılığın artması və HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri və Fələstin dövlətinin keçmiş baş naziri mərhum şəhid İsmayıl Həniyənin İranda terror edilməsi ilə bağlı narahatlıq ifadə olunub.

 Bu xüsusi insan haqları məruzəçiləri sionist rejimin Livanda Fuad Şükr və Tehranda İsmayıl Həniyə kimi şəxsiyyətlərin terror edilməsindəki hərəkətlərini mühakimə olmadan qətl və adam öldürmə cinayətinə bərabər tutaraq, bütün hökumətlərə insanların yaşamaq hüququnun, o cümlədən öz hüdudlarından kənarda hərbi əməliyyatlar vasitəsilə cinayətkar pozuntulara yol vermələrinin qadağan edilməsini xatırladıb və bunu Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 2-ci maddəsinin 4-cü hissəsinin pozulması adlandırıblar.

0 Persons

Sizin rəyiniz

You are replying to: .