Məsud Pezeşkiyan cümə günü İndoneziyanın müstəqilliyinin ildönümü münasibətilə İndoneziya xalqı və hökumətini təbrik edib və əlavə edib: İran İslam Respublikası hesab edir ki, İran və İndoneziya xalqları arasında müxtəlif sahələrdə əlaqələrin dərinləşməsi İslam ümmətinin vəhdəti və həmrəyliyinin artmasına səbəb olacaq və beynəlxalq sülh və sabitliyin yayılmasına kömək edəcəkdir.
Pezeşkiyanın bu ölkənin prezidenti Coko Vidodoya müraciətində deyilir: İki ölkənin tarixi əlaqələri və ortaq maraqları, eləcə də müxtəlif sahələrdə mövcud olan çoxsaylı imkanları nəzərə alaraq ümid edirəm ki, biz imkan daxilində iki ölkə arasında sıx münasibətlərin, sabit dostluğun davam etməsinin, əlaqələrin möhkəmlənməsinin şahidi olacağıq.
Sizin rəyiniz