Hizbullah beş bəyanatla sionist rejimin işğal olunmuş Fələstinin şimalındakı mövqeləri və hərbi bazalarına raket və artilleriya hücumu etdiyini elan edib.
Hizbullah elan edib ki, Qəzza zolağında Fələstin xalqına dəstək və onların cəsarətli və şərəfli müqaviməti istiqamətində müqavimət döyüşçüləri sionist rejimin “Bərəkə Rişa” hərbi bazasında sionist hərbçilərin qərargahını idarə olunan raketlə hədəfə alıblar.
“Metat” kazarmasının ətrafında işğalçı qüvvələrin yerləşdiyi yerə raket hücumu, “Cəl əd-Deyr” bazası ətrafında sionist qüvvələrin toplaşdığı yerin Fələq raketləri ilə hədəf alınması və “Əl-Asi” hərbi bazasına artilleriya hücumu bu gün Hizbullahın digər əməliyyatları arasında idi.
Sizin rəyiniz