BMT-nin İnsan Haqları Ofisinin bazar ertəsi yaydığı bəyanatında bildirilir: “Qeyri-qanuni qəsəbələr salınması, sionist mühacirlərin zorakılığı və onların mövcudluğu Şərqi Qüds də daxil olmaqla İordan çayının qərb sahilində insan hüquqlarının pozulmasının əsas səbəbidir.”
Bəyanatda qeyd olunur ki, bu yaxınlarda Beyt-Lehmin qərbində yeni Nahal Holts qəsəbəsinin tikintisinin elan edilməsi yaxınlıqdakı beş kənddə yaşayan fələstinlilərin dolanışıq vasitələrini, təhlükəsizliyini və hərəkətini ciddi şəkildə təhlükə altına qoyur. Eyni zamanda Fələstin dövlətinin bitişikliyi və mövcudluğu üçün əhəmiyyətli təhlükədir.
Beynəlxalq hüquqa görə, işğal olunmuş ərazilərdəki bütün yəhudi qəsəbələri qeyri-qanuni sayılır. 1967-ci ildə sionist işğalçı rejim Qüds şəhərini işğal edib və orada yəhudi qəsəbələri salmağa başlayıb.
Sizin rəyiniz