21 avqust 2024 at 10:33
Jurnalist kodu: 5564
Xəbər kodu: 85574665
T T
0 Persons
İran: Çox güman ki, İsrailə cavab ən az ehtimal verdiyi bir zaman və şəraitdə olacaq

Nyu-York - İRNA - İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi HƏMAS-ın Siyasi Ofisinin rəhbəri İsmayıl Həniyyənin terror edilməsinin ardınca Tehranın sionist rejimə cavab verəcəyi vaxtla bağlı deyib: “Çox güman ki, İranın cavabı bu rejimin ən az ehtimal verdiyi bir zaman və şəraitdə olacaq. Bəlkə də gözləri səmada və radar ekranında olanda yerdən heyrətlənsinlər, bəlkə də ikisinin birləşməsi ola.”

İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi çərşənbə axşamı, axşam saatlarında “İran Qəzzədə atəşkəs danışıqlarının nəticəsi məlum olana qədər İsrail rejiminə cavabı bilərəkdən təxirə salıbmı?” sualına cavab olaraq deyib: “İranın cavabının iki konkret nəticəsi olmalıdır. Birincisi, terrora və İranın milli suverenliyinin pozulmasına görə təcavüzkarı cəzalandırmalıdır. İkincisi, İranın çəkindirmə gücünü artırmalıdır və gələcəkdə hər hansı pozuntunun təkrarlanmasının qarşısını almaq üçün (sionist) rejimə dərin peşmanlıq hissi versin.”

İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi əlavə edib: “Həmçinin, İranın cavabı mümkün (Qəzzə) atəşkəsə mənfi təsirdən qaçmalıdır. Çox güman ki, İranın cavabı bu rejimin ən az ehtimal verdiyi bir zaman, şərait və formada olacaq. Bəlkə də onların gözləri səmada və radar ekranında olanda yerdən heyrətlənsinlər, bəlkə də ikisinin birləşməsi ola.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .