21 avqust 2024 at 19:42
Jurnalist kodu: 5561
Xəbər kodu: 85575372
T T
0 Persons
Kənani: İranın müdafiə və təhlükəsizlik doktrinasında nüvə silahının heç vaxt yeri olmayıb

Tehran - İRNA - Xarici İşlər Nazirliyinin mətbuat katibi ABŞ Konqresinin Nümayəndələr Palatasının kəşfiyyat komitəsi sədrinin anti-İran iddiası ilə bağlı sualı cavabındırarkən deyib: “İranın müdafiə və təhlükəsizlik doktrinasında nüvə silahının heç vaxt yeri olmayıb.”

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Nasir Kənani ABŞ Konqresinin Nümayəndələr Palatasının kəşfiyyat komitəsinin sədri Mayk Turnerin İranın ilin sonuna qədər nüvə silahı əldə etməsi ilə bağlı iddiasına dair “Sputnik” xəbər agentliyinin sualını cavablandırarkən deyib: “İran İslam Respublikasının strategiyası və doktrinası nüvə enerjisindən dinc məqsədlərlə ehtiyac və inkişaf planlarına uyğun olaraq və ölkənin Nüvə Silahlarının Yayılmaması Müqaviləsi və Hərtərəfli Qorunma Müqaviləsi çərçivəsində beynəlxalq hüquq və öhdəlikləri əsasında istifadə edilməsidir.”

Kənani vurğulayıb: “İranın müdafiə və təhlükəsizlik doktrinasında nüvə silahının heç vaxt yeri olmayıb. Bir neçə onilliklər ərzində müxtəlif ədəbiyyatlara Amerika rəsmiləri tərəfindən həmişə gündəmə gətirilən bu kimi əsassız iddialar İranın sülhməramlı nüvə proqramının təmin edilməsinə və sionistlərin iranofobik siyasətlərinə uyğundur.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .