Sionist rejim fələstinlilərə qarşı törətdiyi son cinayətdə fələstinli qaçqınların sığındığı bir məktəbə və bir neçə çadıra hücum edib. Bu cinayət nəticəsində 13 fələstinli şəhid olub.
Səhiyyə mənbələri bildiriblər ki, Qəzzənin qərbində yerləşən BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Agentliyinə bağlı "Səlahəddin" məktəbinin bombalanması nəticəsində 5 fələstinli qaçqın şəhid olub, bir neçəsi nəfər isə yaralanıb.
Həmçinin sionist rejimin Qəzzənin cənubunda Xan Yunisin şərqində yerləşən Bəni Süheylədə qaçqınlar üçün nəzərdə tutulan çadıra hava hücumu nəticəsində 2-si uşaq, 5-i qadın olmaqla 7 fələstinli şəhid olub.
Sizin rəyiniz