22 avqust 2024 at 19:07
Jurnalist kodu: 5561
Xəbər kodu: 85576166
T T
0 Persons
Seyid əl-Husi: İsrailə ağrılı cavabın planlaşdırılması gecikmənin səbəblərindən biridir

Tehran - İRNA - Yəmən Ənsarullah Hərəkatının lideri Tehranda İsmayıl Həniyyənin terror edilməsinə müqavimət oxunun cavabının “ağrılı” və “təsirli” olacağını bildirərək deyib: “Bu ağrılı cavabın planlaşdırılması gecikmənin səbəblərindən biridir.”

Yəmən Ənsarullah Hərəkatının lideri Seyid Əbdülməlik əl-Husi bu gün cümə axşamı Fələstində baş verənlərlə bağlı açıqlamasında deyib: “İslam ümməti Fələstinə dəstək verməkdə öz insani, dini və əxlaqi məsuliyyətinə daha həssas olmalı və onu daha çox dərk etməlidir.”

“Düşmən İsrail ABŞ-ın iştirakı və Qərbin dəstəyi ilə 321 gündür Qəzzə sakinlərinə qarşı əsrin cinayətini törədir” - deyə, o, əlavə edib.

Seyid əl-Husi vurğulayıb: “Düşmən İsrail komandir Həniyyənin terror edilməsinə İranın cavabını gözləyir və sionistlər cavabdan hədsiz qorxduqları üçün sığınacaqlara giriblər.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .