İran İslam Respublikasının Xarici İşlər naziri Seyid Abbas Əraqçi Yaponiyanın Kyodo xəbər agentliyinə müsahibəsində bu medianın suallarını cavablandırıb.
Nazir ABŞ-ın sanksiyaları və Avropa ilə əlaqələrlə bağlı suala cavab olaraq deyib: “İran Xarici İşlər Nazirliyi yeni dövrdə Vaşinqtonla gərginliyi idarə etmək və Avropa ölkələri ilə münasibətləri bərpa etmək üçün hərəkətə keçəcək. Təbii ki, yalnız düşməncəsinə yanaşmalarını dayandıracaqları surətdə. Xarici İşlər Nazirliyinin məqsədi 2015-ci il nüvə sazişini canlandırmaq və sanksiyaları ləğv etmək olacaq. İslami Şura Məclisində xarici siyasətimi izah edərkən, ölkənin fundamental prinsiplərinə sadiq qalaraq, ciddi, məqsədyönlü və vaxtında danışıqlar yolu ilə sanksiyaların, xüsusilə də birtərəfli sanksiyaların ləğv edilməsinin həyati məqsədini vurğuladım.”
Sizin rəyiniz