24 avqust 2024 at 15:56
Jurnalist kodu: 5564
Xəbər kodu: 85577716
T T
0 Persons
İran bəbiri Nişapurun Heydəri Vəhşi Təbiət Qoruğunda görünüb - Video

Məşhəd - İRNA - Xorasane Rəzəvinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin Baş direktoru deyib: “Nişapur şəhərinin Heydəri Vəhşi Təbiət Qoruğundakı bu idarənin ətraf mühit üzrə mühafizəçisi Məhəmməd Hüseyn Cahantab İran bəbirini bir neçə dəfə gördükdən sonra bu növün şəklini çəkməyə müvəffəq olub.”

Mehdi Elahpur şənbə günü İRNA müxbirinə müsahibəsində əlavə edib: “Bəbir pişik kimidir və hərəkətini gizli şəkildə həyata keçirir. Bu səbəbdən gün ərzində onun varlığını müşahidə etmək və qeydiyyata almaq mümkün deyil. Biomüxtəliflik dövrünün ən qiymətli növlərindən olduğu üçün onu bir ərazidə görmək və lentə almaq, həmin ərazinin yaşayış mühitinin zənginliyinə sübut olmaqdan əlavə, o ərazinin mühafizə yolunu dəyişəcək.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .