26 avqust 2024 at 10:43
Jurnalist kodu: 5564
Xəbər kodu: 85578871
T T
0 Persons

Əraqçi: Sionist rejimin Tehrandakı terror aktına cavab qaçılmazdır

26 avqust 2024 at 10:43
Xəbər kodu: 85578871
Əraqçi: Sionist rejimin Tehrandakı terror aktına cavab qaçılmazdır

Tehran - İRNA - Ölkəmizin Xarici İşlər naziri bəyan edib: “Bu gün İtaliyanın Xarici İşlər naziri ilə telefon danışığında sionist rejimin Tehrandakı terror aktına cavabın qaçılmaz olduğunu bildirdim.”

Ölkəmizin Xarici İşlər naziri Seyid Abbas Əraqçi sosial şəbəkədəki şəxsi səhifəsində yazıb: “Dünən və bu gün Misir, Türkiyə və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri təbrik üçün zəng etdilər. Region ölkələri ilə dialoq, əməkdaşlıq, sinerji və empatiya yolu ilə “güclü və vahid region”a doğru irəliləmək 14-cü hökumətin xarici siyasət prioritetlərindən biridir. 

Dünən və bu gün həmçinin Azərbaycan və Ermənistanın xarici işlər nazirləri də telefon danışığı vasitəsilə məni təbrik etdilər. Qafqaz regionu İran İslam Respublikası üçün geosiyasi və strateji əhəmiyyətə malikdir. Tarixi, mədəni və coğrafi yaxınlıqlar bu region ölkələri ilə əlaqələrin genişləndirilməsinin əhəmiyyətini ikiqat artırıb. 

İtaliyanın xarici işlər naziri Antonio Tayani bu gün təbrik üçün zəng etdi. Bölgə ilə bağlı ətraflı söhbətimiz oldu. Ona dedim ki, sionist rejimin Tehranda törətdiyi terror aktına reaksiya qaçılmazdır. Bu reaksiya dəqiq və hesablanmış olacaq. Sionist rejimdən fərqli olaraq, İran gərginliyi yaymağa çalışmır, baxmayaraq ki, bundan qorxmur.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .