Hizbullah Hərəkatı işğal altındakı Fələstinin şimalında yerləşən Ramiya bazasında sionist rejimin casusluq avadanlığına pilotsuz təyyarə ilə zərbə endirdiyini açıqlayıb.
Hizbullahın bəyanatında bildirilir: “Qəzzə zolağında mətanətli Fələstin xalqını, onun qəhrəmancasına və şərəfli müqavimətini dəstəkləmək məqsədilə İslam müqaviməti qüvvələri hücum pilotsuz təyyarəsi ilə Ramya bazasındakı casus avadanlığını hədəfə alıblar və pilotsuz təyyarə birbaşa hədəfi vurub.”
Digər tərəfdən, sionist rejimin təcavüzkar pilotsuz təyyarəsi bu gün Livanın cənubunda yerləşən Sidonun şərqindəki “İbra” qəsəbəsinin girişində bir mülki avtomobili hədəfə alıb.
Sizin rəyiniz