27 avqust 2024 at 14:42
Jurnalist kodu: 5564
Xəbər kodu: 85580365
T T
0 Persons
Ali Məqamlı Rəhbər: İran süni intellekt sahəsində infrastruktur fəaliyyətlərinə daha tez girməlidir

Tehran - İRNA - İslam İnqilabının Ali Rəhbəri vurğulayıb: “Süni intellekt məsələsində istismarçı olmaq imtiyaz deyil. Bu texnologiya dərin qatlara malikdir, o qatlara yiyələnmək lazımdır.”

Həzrət Ayətullah Xamenei bu gün, çərşənbə axşamı Prezident və 14-cü hökumət heyətinin üzvləri ilə görüşündə deyib: “Bu gün süni intellekt heyrətamiz bir sürətlə irəliləyir, yəni insan bu texnologiyanın dünyada tapdığı sürətə heyran qalır. Bizim təşkilatlarımız, indi hərbi və mülki olmaqla müxtəlif qurumlarımız süni intellektdən istifadə edir və faydalanır. Ancaq bu istifadə bizi aldatmamalıdır. Süni intellekt məsələsində istismarçı olmaq imtiyaz deyil. Bu texnologiya dərin qatlara malikdir, o qatlara yiyələnmək lazımdır. O qatlar başqalarının əlindədir.” 

İslam İnqilabının Ali Rəhbəri əlavə edib: “Əgər siz süni intellektin, bu texnologiyanın dərin və müxtəlif qatlarını təmin edə bilməsəniz, bunlar sabah süni intellekt üçün atom stansiyası, atom agentliyi kimi bir stansiya yaradacaqlar və elə indi buna hazırlıq işləri görürlər – əgər həmin stansiyaya çatsanız, müəyyən bir bölmədə süni intellektdən istifadə etmək üçün icazə almalısınız, başqa bölmədə isə ondan istifadə etmək haqqınız olmayacaq. Dünyanın zirəkləri bu işlərin ardıncadır. Dünyanın fürsət və güc ardınca olanları süni intellekt agentliyi yaradacaqlar. Onda sizi bu hissədən keçməyə qoymayacaqlar.” 

Həzrət Ayətullah Xamenei tövsiyələrinin davamında deyib: “Bu məsələnin dərin texnologiyalarını, infrastruktur qatlarını özünüz əldə etməlisiniz. Ölkədə süni intellektin infrastruktur qatlarını izləməlisiniz.” 

Kiberməkan yeni bir dünyadır. Siz bu haqda məndən daha çox məlumatlısınız. Bu gün virtual məkan virtual deyil, bu gün bir reallıqdır. Gündən-günə inkişaf edir. Önəmli olan kiberməkanda qanunun aliliyinin olmasıdır. Bəzi vaxtlar virtual məkanın özbaşına buraxıldığını, tərk edildiyini deməyim də bundan, qanuna əsaslanan idarəetmədən irəli gəlir. Bununla bağlı qanun yoxdursa, qanun yaradın, həmin qanun əsasında işlərə nəzarət edin. Görürsünüz ki, bu zavallı gəncə qarşı fransalılar bu həddə sərt davranırlar. Onu saxlayır, həbs edir və 20 il həbslə hədələyirlər. Bu, onların suverenliyni pozduğuna görədir. Suverenliyin pozulması qəbuledilməzdir. Sizin ixtiyarınızda bir ölkə var və ona qarşı vəzifəniz var, missiyanız var. Sizin suverenliyinizi pozmaq olmaz, pozmamalıdırlar. 

Mən kiberməkanla bağlı öz sözümü və əsasımı ona görə dedim ki, –və bundan əvvəl də demişdim– bəziləri bunu fərqli şəkildə izah edir və ya başa düşürlər, ya da anlamaq istəmirlər. Mənim sözüm budur ki, ölkədə kiberməkan qanuniləşdirilməlidir. Belə olduqda fürsət yaranacaq. Kiberməkanda hüquqi idarəçiliyə sahib ola bilsək, bu məkan ölkə üçün fürsətə çevriləcək, əks halda təhdid ola bilər.

0 Persons

Sizin rəyiniz

You are replying to: .