27 avqust 2024 at 21:26
Jurnalist kodu: 5561
Xəbər kodu: 85580721
T T
0 Persons
Pezeşkiyan: Heç kimlə davamız yoxdur, amma istənilən yerdə istənilən zülmə qarşı çıxacağıq

Tehran - İRNA - Prezident deyib: “Dünya ilə sülh ardıncayıq. Heç kimlə davamız yoxdur, amma istənilən yerdə istənilən zülmə qarşı çıxacağıq və zülmkarla düşmənçilik edəcəyik.”

Məsud Pezeşkiyan 27 avqust çərşənbə axşamı, axşam saatlarında keçmiş Xarici İşlər naziri vəzifəsini icra edən Əli Baqirinin təqdir olunması və yeni Xarici İşlər naziri Seyid Abbas Əraqçini təqdim etmə mərasimində deyib: “Biz qəbul edirik və inanırıq və qonşularımızla münasibətlərimizi gücləndirmək siyasətimizdə yer alır. 

15-16-ya yaxın olan bu qonşu ölkələrlə sıx və düzgün əlaqələr qursaq, Amerika sanksiyaları bizə heç nə edə bilməz, bu mübadilələr və birgə investisiyalarla bölgədəki bütün problemləri həll edə bilərik.”

Dövlət başçısı əlavə edib: “Avropalılar bir-birilərinin üzünə sərhədləri açdılar, vahid valyuta yaratdılar, biz müsəlmanlar isə aramıza divar çəkirik.”

Pezeşkiyan deyib: “Allahın Rəsulu (s) Məkkəni fəth etdikdən sonra buyurdu ki, sizin hamınız bir-birinizlə qardaşsınız. Hamınız bir əlsiniz. Əgər qardaşıqsa, niyə qardaşlıq etmirik?!”

Prezident qeyd edib ki, diplomatlar, təcrübəsi, biliyi olanlar yol göstərməlidir, biz müsəlmanlar qardaşıq və qardaşlar arasında sülh yaranmalıdır.

“Dünya ilə sülh ardıncayıq. Heç kimlə davamız yoxdur, amma istənilən yerdə istənilən zülmə qarşı çıxacağıq və zülmkarla düşmənçilik edəcəyik” - deyə, Prezident vurğulayıb.

O, bildirib ki, insan haqları, demokratiya və beynəlxalq iddiaçılar sionist rejimə yardım edir və dəstək verirlər.

Prezident deyib: “Hər hansı bir inancdan asılı olmayaraq, bir insan kimi onların özlərini insan adlandırmasından və bir-birilərini təşviq etməsindən utanıram.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .