Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini və Xarici İşlər naziri Şeyx Abdullah bin Zayed Ali-Nəhyan Seyid Abbas Əraqçi ilə telefon danışığında onu ölkəmizin Xarici İşlər naziri seçilməsi münasibətilə təbrik edib, ölkəmizin Xarici İşlər nazirinə uğurlar arzulayıb.
BƏƏ Baş nazirinin müavini və Xarici İşlər naziri ölkəsinin İran İslam Respublikası ilə ikitərəfli əlaqələrin inkişafını, eləcə də regional əməkdaşlığı davam etdirmək istəyinə toxunaraq, yeni dövrdə Tehran və Əbu-Dabi arasında əməkdaşlığın genişləndirilməsini vurğulayıb.
İranın Xarici İşlər naziri Abbas Əraqçi də telefon zənginə görə təşəkkür edib, Şeyx Abdullah bin Zayed Ali-Nəhyanın BƏƏ-nin Ərəb Əmirliklərinin Baş nazirinin müavini təyin edilməsi münasibətilə təbrik edib və ona bu yeni vəzifəsində uğurlar arzulayıb.
Sizin rəyiniz