Qurbanqulu Berdiməhəmmədov Prezident Məsud Pezeşkiyanla birgə mətbuat konfransında deyib: “İlk növbədə, möhtərəm Prezidentin İran İslam Respublikasının bərəkətli torpağında səmimi qəbulu və qonaqpərvərliyinə görə təşəkkür edirik.”
Milli lider əlavə edib: “Biz həmişə iranlı qardaşlarla əməkdaşlığa böyük əhəmiyyət veririk. Bu əməkdaşlıqların qədim tarixi var. Biz həmişə bu əməkdaşlığı daha da genişləndirməyə çalışırıq. Qardaşım cənab Pezeşkiyanın dediyi kimi, bu danışıqlar dostluq və qardaşlıq şəraitində keçdi və bir sıra əməkdaşlıq sənədlərinin imzalanmasına səbəb oldu.”
Türkmənistan Milli lideri sonra deyib: “Qaz, enerji, elektrik, yol, nəqliyyat kimi bir sıra böyük məsələləri və layihələri müzakirə etdik. Ümid edirik ki, planların həyata keçirilməsində onun bizim üçün müsbət faydaları olacaq. Həmçinin razılığa gəldik ki, bu əməkdaşlıqların təqibini birgə komissiyaya həvalə edək ki, onlar planların icrasını izləsinlər.”
Qurbanqulu Berdiməhəmmədov sözünə belə davam edib: “Mən tam inanıram ki, bu layihələr təkcə ikitərəfli səviyyədə deyil, həm də regional səviyyədə çox əhəmiyyətli olacaq. Biz bu illər ərzində hər zaman iki ölkə arasında humanitar və mədəni əməkdaşlığın şahidi olmuşuq. İki qardaş ölkə arasında bizim çoxlu ortaq şəxsiyyətlərimiz var ki, onlardan biri də Məxtimquludur. Yaxın vaxtlarda onun xatirəsini anma mərasimi keçirəcəyik.”
“Biz doktor Pezeşkiyanı Məxtimquluya həsr olunmuş konfransa dəvət etdik” - deyə, Türkmənistan Milli lideru vurğulayıb.
O, bildirib: “İranlı qardaşlarım “Anaya səcdə” adlı kitabımın fars dilinə tərcüməsini ediblər. Bu da iranlı qardaşların bizə olan hörmətinin göstəricisidir. Təbii ki, bizim iki ölkənin ortaq adət-ənənələri var. Hər iki ölkədə ana müqəddəsdir və anaya böyük hörmətimiz var. Çünki ana ailənin təşkilatçısıdır. Bu da iki ölkənin mədəni ortaqlığını göstərir.
Türkmənistan Milli lideri əlavə edib: “Fürsətdən istifadə edərək, bu kitabı tərcümə edən qrupa xüsusi təşəkkürümü bildirirəm.”
Sizin rəyiniz