Məsud Pezeşkiyan 28 avqust çərşənbə günü günorta saatlarında İran və Türkmənistanın yüksək rütbəli nümayəndə heyətlərinin birgə iclasında iki ölkə arasında köklü və tarixi əlaqələri əməkdaşlığın inkişafı üçün əlverişli zəmin adlandıraraq deyib: “İki ölkə arasındakı anlaşma və razılaşmalara sadiq qalaraq, biz münasibətlərin inkişafı yolunda qarşıya çıxan maneələri və problemləri aradan qaldırmağa tam hazırıq.”
Prezident İran və Türkmənistan arasında qaz sahəsində əldə edilmiş razılaşmaları İranın regionda qaz habına çevrilməsi və iki ölkənin maraqlarının təmin edilməsi çərçivəsində strateji addım hesab edərək əlavə edib: “Mən iki ölkə arasında imzalanmış sazişlərin və öhdəliklərin icrasını şəxsən izləyəcəm. Ümid edirəm ki, Aşqabadda keçiriləcək qarşıdan gələn görüşdə biz bu razılaşmaların reallaşmasının və tam icrasının şahidi olacağıq.”
Sizin rəyiniz