İraq İslami Müqaviməti işğal olunmuş ərazilərin Hayfa şəhərində yerləşən “Alon Tafur” sənaye elektrik stansiyasını hədəfə aldığını açıqlayıb.
İraq İslam Müqavimətinin bəyanatında bildirilir: “İşğalçılara müqavimət göstərmək və Qəzzə əhalisinə dayaq olmaq yanaşmamızın davamında, eləcə də işğalçı rejimin fələstinli mülki şəxslərə, o cümlədən uşaqlara, qadınlara və qocalara qarşı cinayətlərinə cavab olaraq, İraqdakı İslam müqaviməti qüvvələri bu gün, cümə axşamı, 29 avqust 2024-cü il səhər saatlarında Hayfadakı Alon Tafur sənaye elektrik stansiyasını pilotsuz təyyarə ilə hədəfə aldılar.
İraq İslami Müqaviməti həmçinin düşmənin istehkamlarının darmadağın edilməsinin davam edəcəyini vurğulayıb.
Sizin rəyiniz