Yəmən Ənsarullah Hərəkatının Baş katibi Seyid Əbdülməlik əl-Husi bu gün (cümə axşamı) deyib: “Sionist əsgərlərin Quranı cırdığını görüb təsirlənməyən kəsin zərrəcə imanı yoxdur.”
Seyid əl-Husi əlavə edib: “Kim müqəddəs sayılanlara etinasız yanaşarsa, öz abrına, ləyaqətinə və ölkəsinə etinasızlıq göstərə bilər. Bu təhlükəli bir vəziyyətdir və müsəlmanlar bu haqda yenidən düşünməlidirlər.”
“Sionistlərin cinayətinin bütün bu həyasızlıq, cəsarət və soyqırımla davam etməsi bəşər cəmiyyəti üçün insanlıq rüsvaylığıdır” - deyə, Ənsarullah lideri əlavə edib.
Seyid Əl-Husi qeyd edib ki, işğalçıların Məscidül-Əqsaya hücumundan daha təhlükəli sionist cinayətkarlardan birinin məsciddə “yəhudi sinaqoqu” tikməkdən danışmasıdır.
Ənsarullah lideri daha sonra İraq islami müqavimətin Qüdsü işğal etmiş rejimə qarşı əməliyyatlarının davam etməsinə işarə edərək deyib: “İraqın İslam müqaviməti bu həftə əməliyyatlar, o cümlədən işğal altındakı Hayfa və Eylat limanlarına qarşı əməliyyatlar həyata keçirib.”
İran rəsmilərinin sionist rejimə qəti cavabı ilə bağlı açıqlamalarına toxunan Seyid əl-Husi deyib: “İran cavabın qəti olduğunu vurğulayır və amerikalılar cavabın qarşısını almaq üçün tam hazır vəziyyətdədirlər.”
Sizin rəyiniz