“Əl-Ərəbi Əl-Cədid” saytına açıqlama verən Cihad Taha deyib: “HƏMAS avqustun 16-da, BMT Baş katibi Antonio Quterreşin bir həftəlik atəşkəs elan etdiyi gündən bununla razılaşdığını elan edib.”
Fələstin Müqavimət Hərəkatının sözçüsü əlavə edib: “HƏMAS bütün humanitar təşkilat və qurumları Qəzzə zolağında Fələstin xalqına qarşı humanitar vəzifələrini yerinə yetirməyə çağırır. İşğalçılar bu atəşkəslə razılaşmalıdır, ondan yayınmamalı, təxirə salmamalı və ya alternativ variantlar təklif etməməlidir, humanitar atəşkəsə əməl etməkdən boyun qaçırmamalıdır.”
HƏMAS səlahiyyətlisi qeyd edib ki, beynəlxalq ictimaiyyət işğalçıların qeyri-insani hərəkətlərinin, xüsusən də 10 yaşınadək 640 minə yaxın uşaq və 2023-cü il oktyabrın 7-dən sonra doğulan 50 uşağın peyvənd edilməsinə başlamaq planının qarşısını almaq cəhdinə qarşı çıxmalıdır.
Sizin rəyiniz