1 sentyabr 2024 at 16:56
Jurnalist kodu: 5561
Xəbər kodu: 85585316
T T
0 Persons
Əraqçi: İranın müqaviməti dəstəkləmək prinsipial siyasəti davam edəcək

Tehran - İRNA - Əraqçi Livan Hizbullah Hərəkatının ölkəmizdəki nümayəndəsi ilə görüşdə İran İslam Respublikasının müqaviməti dəstəkləməkdə prinsipial siyasətinin davam edəcəyini vurğulayıb.

Livanın Hizbullah Hərəkatının Tehrandakı nümayəndəsi Seyid Abdullah Səfiyəddin bazar günü günortadan əvvəl Xarici İşlər naziri Seyid Abbas Əraqçi ilə görüşüb.

Görüşdə Hizbullah nümayəndəsi bu hərəkatın Baş katibi Seyid Həsən Nəsrullah, və digər rəsmilərinin təbriklərini Əraqçiyə çatdırıb və Xarici İşlər naziri vəzifəsində ona uğurlar arzulayıb.

Əraqçi təbriklərinə görə Hizbullahın Baş katibinə təşəkkür edib, Hizbullah təmsilçisindən ona, digər rəsmilərə və müqavimət döyüşçülərinə səmimi salamlarını çatdırmağı xahiş edib, sionist işğalçılığına qarşı region xalqlarının müqaviməti və qanuni mübarizəsini dəstəkləməkdə İran İslam Respublikasının prinsipial siyasətinin davam etdiriləcəyini vurğulayıb.

Bu görüşdə Livandakı anti-İsrail müqavimət cəbhəsinin son vəziyyəti, Fələstin, Qəzzə və İordan çayının qərb sahilindəki mövcud hadisələr diqqət mərkəzində saxlanılaraq bölgədəki son hadisələr müzakirə edilib və fikir mübadiləsi aparılıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .