2 sentyabr 2024 at 17:00
Jurnalist kodu: 5561
Xəbər kodu: 85585887
T T
0 Persons
Kənani: İslam dünyasının mərkəzində İsrail aparteid rejiminin yaradılmasında İngiltərənin rolu unudulmayacaq

Tehran - İRNA - Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Rəis Əli Delvarinin şəhadətinin ildönümünü uca tutaraq bildirib: “Region və dünya xalqları İngiltərə dövlət adamlarının İslam dünyasının mərkəzində İsrailin aparteid rejimini yaratmağa necə başladığını unutmayacaq.”

Ölkəmizin Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani sosial şəbəkədəki şəxsi səhifəsində 12 şəhrivər (2 sentyabr) müstəmləkəçiliklə mübarizənin qəhrəmanı şəhid Rəis Əli Delvarinin xatirəsinin anılması ildönümünə və İngiltərə Müstəmləkəçiliyinə Qarşı Milli Mübarizə Gününə işarə edərək yazıb: “Böyük və tarix yaradan İran xalqı müstəmləkəçilərin hegemonluğu, o cümlədən İngiltərə müstəmləkəçiliyi ilə mübarizə aparmaq və öz siyasi müstəqilliyini əldə etmək kimi parlaq və qürurlu tarixə malikdir.”

“Tarixi hegemon davranış və onu davam etdirmək cəhdi, təfriqə yaratmaq, mühüm regional məsələlərdə, o cümlədən Fələstin məsələsində problemlər və böhranları institutsionallaşdıraraq, İngiltərənin Qərbi Asiyada müstəmləkəçilik siyasətinin mühüm fəslini təşkil edir”- deyə, Kənani əlavə edib.

Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb: “Region və dünya xalqları İngiltərə dövlət adamlarının İslam dünyasının mərkəzində İsrailin aparteid rejimini yaratmağa necə başladığını, bu gün də sionist rejimi dəstəkləməklə Qəzzə zolağında və İordan çayının qərb sahilində yaşayan fələstinlilərin soyqırımına, kütləvi qırğınlarına, əzab çəkməsinə və köçkünlüyünə şərik olduqlarını unutmayacaq.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .