2 sentyabr 2024 at 20:39
Jurnalist kodu: 5561
Xəbər kodu: 85585970
T T
0 Persons
İran və İrlandiya xarici işlər nazirləri Qəzzə müharibəsi, Ukrayna böhranı və sanksiyaların ləğvi ilə bağlı müzakirə aparıb

Tehran - İRNA - İrlandiyanın Xarici İşlər naziri Maykl Martin və ölkəmizin Xarici İşlər naziri Seyid Abbas Əraqçi telefon danışığında ən mühüm regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

İrlandiyanın Xarici İşlər naziri Maykl Martin ölkəmizin Xarici İşlər naziri Seyid Abbas Əraqçini Xarici İşlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona uğurlar arzulayıb.

İrlandiyanın Xarici İşlər naziri Qəzzədə baş verən hadisələrlə bağlı, Yaxın Şərqdə və xüsusilə Livanda gərginliyin yayılmasından narahatlığını bildirərək deyib: “İrlandiya Qəzzədə dərhal atəşkəs və əsir mübadiləsini istəyir ki, beləliklə Qəzzə əhalisinə humanitar yardım göndərilməsi mümkün olsun.”

Ölkəmizin Xarici İşlər naziri də irlandiyalı həmkarının təbrikini yüksək qiymətləndirib və İrlandiya ilə qarşılıqlı hörmətə əsaslanan əlaqələrin daha da inkişaf etdirilməsinin mümkün olduğunu bildirib.

Ölkəmizin diplomatiyasının rəhbəri Qərbi Asiyada baş verən hadisələrlə bağlı Qəzzə xalqına qarşı müharibənin dərhal dayandırılmasının vacibliyini vurğulayarkən deyib: “İran İslam Respublikası HƏMAS və Fələstin xalqının istənilən razılaşmanı dəstəkləyir.”

Əraqçi deyib: “İran İslam Respublikası regionda gərginliyi azaltmaq istəyir, lakin Netanyahu və sionist rejim gərginliyi yaymağa, onu İordan çayının qərb sahili də daxil olmaqla digər bölgələrə yaymağa çalışır. Ona görə də hər kəs Qəzzədə zorakılığın dayandırılması üçün dərhal və effektiv səy göstərməlidir.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .