Seyid Abbas Əraqçi regional sabitliyi İranın milli təhlükəsizliyinin sütunlarından biri kimi vurğulayaraq xatırladıb: “Ölkəmizin sərhədləri ətrafında istənilən ərazi təhlükəsi və ya geosiyasi dəyişiklik İranın qırmızı xətti olacaq.”
Diplomatik qurumun rəhbəri X sosial şəbəkəsində paylaşdığı mesajda yazıb: “Regional sülh, təhlükəsizlik və sabitlik təkcə prioritet deyil, milli təhlükəsizliyimizin sütunlarından biridir. İstər şimalda, istər cənubda, istər şərqdə, istərsə də qərbdə qonşularımızın ərazi bütövlüyünə qarşı hər hansı təhdid, sərhədlərin yenidən cızılması tamamilə qəbuledilməzdir və İran üçün qırmızı xətt hesab olunur.”
Sizin rəyiniz