5 sentyabr 2024 at 21:14
Jurnalist kodu: 5564
Xəbər kodu: 85588132
T T
0 Persons
Ənsarullah lideri: İsrailin vəhşi cinayətləri hətta qeyri-müsəlmanların hisslərini də incidir

Tehran - İRNA - Yəmən Ənsarullah Hərəkatının lideri bugünkü çıxışında sionistlərin Qəzzə və İordan çayının qərb sahilinə təcavüzünə görə bütün müsəlmanların mənəvi və dini məsuliyyətini vurğulayaraq deyib: “Qəzzə müsəlmanları İsrailin işğalçılığından, vəhşicəsinə hücumlarından və kütləvi qətliamlarından əziyyət çəkirlər. Bu cinayətlər hətta qeyri-müsəlman ölkələrin xalqlarının vicdanını da incidir.”

Yəmən Ənsarullah Hərəkatının Baş katibi Seyid Əbdülməlik əl-Husi çıxışının əvvəlində bütün dünya müsəlmanlarını mübarək Rəbiül-əvvəl ayının gəlişi münasibətilə təbrik edərək bildirib: “Amerika və İsrailin müsəlman ümmətinə qarşı hücumlarına görə, Məhəmməd Peyğəmbərin (s) mövluduna aid bütün mərasimlərdə və fəaliyyətlərdə “kafirlərə və münafiqlərə qarşı cihad” mövzusuna xüsusi diqqət yetirilməlidir.”

Ənsarullah lideri çıxışının davamında Qəzzə hadisələrindən söz açaraq deyib: Qəzzə müsəlmanları İsrailin işğalçılığından, amansız hücumlarından və kütləvi qətliamlarından əziyyət çəkirlər. Bu cinayətlər hətta qeyri-müsəlman ölkələrin xalqlarının hisslərini incidir və qeyri-müsəlmanların vicdanını oyadır.”

Seyid Əbdülməlik əl-Husi əlavə edib: “Sionistlərin Qəzzə və İordan çayının qərb sahilindəki təcavüzünə görə bütün müsəlmanlar insani vicdanla yanaşı, mənəvi və dini məsuliyyət daşıyırlar.”

Seyid əl-Husi qeyd edib ki, bəzi rejimlərin düşmən İsrail ilə əməkdaşlığı və ona vəfadar olması ifşa olunub ki, bu da onlar üçün rüsvaylıqdır.

“Ərəblər Fələstində törədilən qətl və aclıq, namusun tapdalanması, Quranın yandırılması, məscidlərin dağıdılması, heç bir konkret mövqe bildirmədən tamaşa edirlər” - deyə, hərəkat lideri əlavə edib. 

O, bəyan edib ki, ərəb ölkələri Fələstində törədilən qətl və aclıq cinayətlərinə, Qurani-Kərimin təhqir və yandırılmasına, məscidlərin dağıdılmasına laqeyddirlər və indiyə qədər heç bir mövqe tutmayıblar.

Seyid Əbdülməlik əl-Husi deyib: “Müsəlman xalqların çoxu və onların hökumətləri cihad ruhunu tamamilə itiriblər. Bu vəziyyət acınacaqlı və ağrılıdır.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .