Prezident Məsud Pezeşkiyan bu gün günortadan sonra Ordu Komandanlığı və Qərargahı Universitetində olub, bu universitetin müxtəlif bölmələrinə baş çəkib və ordu komandirləri ilə görüşüb.
Ordunun Baş Komandanının iştirakı ilə həyata keçirilən bu ziyarətdə İran İslam Respublikası Ordusunun son nailiyyətləri və imkanlarından bəzi hissələri, o cümlədən pilotsuz təyyarələrin gücü, kəşfiyyat üstünlüyü, özünü təmin etmək, əməliyyat hazırlıqları və İran İslam Respublikası Ordusunun quru, hava, dəniz sərhədlərində və beynəlxalq sularda nüfuzlu mövcudluğu sənədli formatda Prezidentə təqdim olunub.
Bu görüşdə İran İslam Respublikası Ordusunun Baş Komandanı general-mayor Seyid Əbdülrəhim Musəvi çıxış edərək doktor Pezeşkiyanı salamlayıb və milli iqtidarın yüksəldilməsində ordunun ən mühüm strategiyalarını izah edib.
Həmçinin, Ordu Komandanlığı və Qərargahı Universitetinin rəhbəri general-mayor Hüseyn Vəlivənd bu ali təhsil ocağının səkkiz illik müqəddəs müdafiə və ondan sonrakı dövrlərdə ordunun və silahlı qüvvələrin təhsil ehtiyaclarının günün təhdidlərinə uyğun ödənilməsi zamanı ən mühüm rol oynayan və müəyyənedici fəaliyyəti haqqında hesabat təqdim edib.
Sizin rəyiniz