Maykl Fəxri BMT Baş Assambleyasına təqdim etdiyi hesabatda deyib: Qəzza zolağının sakinlərinin aclığı müharibənin ikinci günündən başlayıb.
O əlavə edib: Qəzza zolağına daxil olan məhdud yardımlar əsasən mərkəzi və cənub bölgələrinə göndərilib, halbuki İsrail rejimi Qəzza zolağının sakinlərinə şimal bölgələrə köçməyi əmr etmişdi.
Fəxri əlavə edib: Təxminən 2023-cü ilin dekabrında Qəzza zolağının sakinləri dünya üzrə aclıqdan əziyyət çəkən əhalinin 80%-ni təşkil edib.
BMT-nin qida hüququ üzrə xüsusi məruzəçisi qeyd edib: “Müharibələr tarixində bir xalqın bu sürətlə qıtlıq və aclıqdan əziyyət çəkməsinə dair heç bir göstərici yoxdur və bu bölgədə 2,3 milyon fələstinlinin başına gələnlər misilsizdir”.
Sizin rəyiniz