İRNA-nın İran Ateroskleroz Assosiasiyasına istinadən verdiyi məlumata görə, Məsud Qasimi əlavə edib: “Bu yeni texnologiya açıq ürək əməliyyatı riski olan, digər tərəfdən də, damarları açılmasa, ürək və beyin hücumlarına məruz qalan xəstələrə böyük kömək edir.”
Qasimi deyib: “Yeni fırlanan almaz üsulu damarlardakı kalsium çöküntülərini əməliyyata ehtiyac olmadan aradan qaldırır. Yeni metodun nəticəsi köhnə üsullardan qat-qat yaxşıdır. Bu, yay əməliyyatının daha müvəffəqiyyətlə aparılmasına və bəzi xəstələrin açıq əməliyyatdan qaçmasına səbəb olur.”
Onun sözlərinə görə, yeni ortaya çıxan cihazların köməyi ilə işləyən bu üsul dünyanın qabaqcıl ölkələrində meydana çıxandan cəmi iki-üç ay sonra İrana daxil olub.
Sizin rəyiniz