İraqın Baş naziri cənab Məhəmməd Şiya əl-Sudaninin rəsmi dəvəti ilə baş tutan bu səfərdə Prezident Baş nazir, Prezident, Parlament və Məhkəmə Sisteminin sədrləri ilə rəsmi görüşlər və birgə əməkdaşlıq sənədlərinin imzalanması ilə yanaşı, İraqda yaşayan iş adamları və iranlılarla görüşlər keçirəcək.
Pezeşkiyan Bağdaddakı rəsmi səfərlərdən sonra İmam Əli (ə) və İmam Hüseyn (ə) hərəmlərini ziyarət etmək üçün Nəcəf və Kərbəla şəhərlərinə də səfər edəcək.
Prezident həmçinin Bəsrədə İran şirkətlərinin bəzi layihələri ilə tanış olacaq, Kürdüstan Regional rəhbərliyinin rəsmi dəvəti ilə İraqın şimalındakı Ərbil və Süleymaniyyəyə gedəcək.
Sizin rəyiniz