10 sentyabr 2024 at 22:41
Jurnalist kodu: 5561
Xəbər kodu: 85593056
T T
0 Persons

Əraqçi: İran İƏT-in proqram və fəaliyyətlərini dəstəkləyir

10 sentyabr 2024 at 22:41
Xəbər kodu: 85593056
Əraqçi: İran İƏT-in proqram və fəaliyyətlərini dəstəkləyir

Tehran - İRNA - Xarici İşlər naziri İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) yeni baş katibi ilə görüşündə deyib: “İran İslam Respublikası İƏT Katibliyinin evsahibi və bu təşkilatın dövriyyədəki sədri kimi təşkilatın məqsədlərinə çatmaq üçün İƏT və yeni Baş katibin proqram və fəaliyyətlərini güclü şəkildə dəstəkləyir.”

Əsəd Məcid Xan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) yeni baş katibi kimi Tehranda işinin əvvəlində 10 sentyabr çərşənbə axşamı günü Xarici İşlər naziri Seyid Abbas Əraqçi ilə görüşüb, İƏT-in regionda rolu və üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıb və məsləhətləşib.

Əsəd Məcid Xan İranda olmaqdan və İƏT-in yeni baş katibi kimi fəaliyyətə başlamasından məmnunluğunu ifadə edib, şəhid Prezident doktor Rəisi və şəhid Xarici İşlər naziri doktor Əmir Abdullahiyanın xatirəsini ehtiramla yad edib, Əraqçini Xarici İşlər naziri seçilməsi münasibətilə təbrik edib, yeni hökumətə, Prezidentə və Xarici işlər nazirinə uğurlar arzulayıb.

O, həmçinin özünün baş katib seçilməsində İran İslam Respublikasına verdiyi dəstəyə görə təşəkkür etməklə yanaşı, İƏT təşkilatının fəaliyyəti, o cümlədən xarici işlər nazirləri və rəhbərləri səviyyəsində keçiriləcək görüşlərə hazırlıq prosesi haqqında hesabat təqdim edib, İran İslam Respublikasının İƏT təşkilatında mərkəzi və mühüm rolunu vurğulayaraq, ölkəmizin bu mühüm regional təşkilata dəstəyinin davam etdirilməsini istəyib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .