Sergey Ryabkov şənbə günü “Vaşinqtonun İran-Rusiya əməkdaşlığı ilə bağlı iddialarla nə ardıncadır?” sualına cavab verərkən deyib: “Amerika öz xeyrinə xarici mühitdə fikir ayrılıqları yaratmaq istəyir, lakin buna nail olmayacaq.”
Rusiya Xarici İşlər nazirinin müavini qeyd edib: “Moskva ilə Tehran arasında münasibətlər bir sıra sahələrdə inkişaf etməkdədir. Hərbi-texniki əməkdaşlıq da var, bunu heç kim inkar etmir, amma başqalarının işinə qarışmaq ABŞ-ın vəzifəsi deyil.”
Rusiya Federasiyası ilə İran arasında hərbi-texniki əməkdaşlığın Amerikaya aidiyyatının olmadığını vurğulayan Ryabkov deyib: “Onlar öz problemlərini həll etsinlər ki, bu da Atlantik Birlikdə çoxdur.”
Sizin rəyiniz