Məsud Pezeşkiyan çərşənbə günü axşam saatlarında Ümid Qərargahının məsul şəxslərinin iclasında bildirib: “Başqa ölkələrlə əlaqələrimizi inkişaf etdirməyə qapalı və məhdud baxışımız olmayacaq. Biz İslam və qonşu ölkələrlə əlaqələri inkişaf etdirməyi özümüzə prioritet hesab etmişik. İslam ölkələri arasında birlik və vəhdətin yaradılmasına dərindən inanırıq. İnanırıq ki, İslam dünyasının bütün ölkələri qardaş və müttəfiq olsaydılar, sionist rejim Fələstin və Livanın məzlum xalqını qətliam etməyə cürət etməzdi.”
Pezeşkiyan: Amerika seçkilərində kimin qalib gəldiyinin bizim üçün fərqi yoxdur
7 noyabr 2024 at 17:20
Xəbər kodu:
85652788
Tehran - İRNA - Prezident ABŞ prezident seçkilərində kimin qalib gəldiyinin bizim üçün heç bir fərq etmədiyini bildirərək vurğulayıb: “Ölkəmiz və sistemimiz öz daxili gücünə şərəfli, əzəmətli bir xalqla arxalanır.”
Sizin rəyiniz